«İzmir Restoranlar Qrupu» 2001-ci ildən etibarən ictimai iaşə sahəsi üzrə yüksək təcrübə ilə keyfiyyətli xitmətlər göstərmiş və göstərməktədir. Bu illər ərzində onlarla müəssisələrlə iş birliyi qurmuş, onlara keyterinq xidmətləri göstərmiş və bu sahədə tanınaraq öndə gedən müəssisələr arasında özünə yer tutmuşdur. Bizim texniki imkanlarımız müştərilərin bütün tələblərini maksimal səviyyədə həyata keçirməyə imkan verir. Biz isti yeməklərin çatdırılmasını və ofislərə paylanmasını öhdəmizə götürməyə hazırıq. «İzmir RQ», Moody International LTD. tərəfindən HACCP Qida məhsullarının təhlükəsizliyinin idarəedilməsi sistemi (HACCP Food Safety Management Systems ISO 22000:2005) sertifikatı ilə təltif edilmiş, eyni zamanda digər instansiyalardan lisenziyalar almışdır. ISO tələblərinə uyğun olaraq: Yeməklərin keyfiyyəti, xidmət şəraiti, xidmət heyətinin şəxsi gigiyena qaydalarına və vəzifə borclarına riayət edilməsi və s. mütəmadi qaydada rəhbərlik tərəfindən nəzarətdə saxlanılır, normadan yayınmalara, xidmət göstərilən personaldan daxil olan şikayətlərə dərhal reaksiya verilir və problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülür. Yeməklərimizin yüksək keyfiyyəti şirkətimizin əsas məqsədidir. Bu məqsədlə, yeməklər hər gün yoxlanılır və daim nəzarətdə saxlanılır. |
Əsas səhifə
Referans məktubları və sertifikatlar
Əlaqə
Bütün haqqları qorunur 2024 © İzmir Caterinq |